...

Azərbaycanda elmi müəssisələrdə rəhbər olmaq istəyənlər üçün yaş həddi müəyyən ediləcək

Cəmiyyət Materials 19 Fevral 2015 15:24 (UTC +04:00)
Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddi müəyyən ediləcək.
Azərbaycanda elmi müəssisələrdə rəhbər olmaq istəyənlər üçün yaş həddi müəyyən ediləcək

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddi müəyyən ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, həmin yaş həddi dövlət tərəfindən müəyyən ediləcək.

Hazırda Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə yaş həddi tətbiq edilmir.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Lakin bu, elmi tədqiqat müəssisələrində çalışanlara şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti