...

Azərbaycanda gələn ay istirahət günü ilə iş gününün yeri dəyişdirildi

Cəmiyyət Materials 19 Fevral 2015 19:26 (UTC +04:00)
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Azərbaycanda gələn ay istirahət günü ilə iş gününün yeri dəyişdirildi

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti