...

Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2015 16:19 (UTC +04:00)
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Universitetində “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması”mövzusunda maarifləndirmə tədbiri keçirib.
Fövqəladə Hallar Nazirliyi BDU-da tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Universitetində "Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması"mövzusunda maarifləndirmə tədbiri keçirib.

BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri universitetin Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev açaraq onun əhəmiyyətindən danışıb.

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev mülki müdafiə fənninin ölkənin 52 universitetində tədris olunduğuna diqqət çəkərək, onun BDU-da yüksək səviyyədə keçirildiyini bildirib. Q.Ağayev belə tədbirlərin müntəzəm keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribov isə Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən danışıb, fənnin tədrisinin vacibliyini vurğulayıb.

Tədbirdə mövzu ilə bağlı videomateriallar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti