...

İstirahət günü evdə oturun: külək və qar olacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Fevral 2015 12:50 (UTC +04:00)
Fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
İstirahət günü evdə oturun: külək və qar olacaq (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 10:51-də yayılıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Fevralın 22-də Bakıda və Abşeron yarmadasında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, güclü şimal-qərb küləyinin axşama doğru mülayimləşəcəyi gözlənilir, gecə 0,2 dərəcə şaxta, gündüz 1,4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında da fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturu aran rayonlarında gecə 0,5 dərəcə şaxta, gündüz 0,1 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, ilkin proqnoza görə, Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti