...

TQDK qəbul və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqladı (TAM SİYAHI)

Cəmiyyət Materials 23 Fevral 2015 15:31 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komssiyası (TQDK) növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.
TQDK qəbul və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqladı (TAM SİYAHI)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komssiyası (TQDK) növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
- ərizə qəbulu - 3-12 fevral
- qəbul imtahanı -(1-ci mərhələ) 22 fevral
- proqram seçimi - 1-10 aprel
- qəbul imtahanı - (2-ci mərhələ) 26 aprel
- ixtisaslaşma seçimi - 7-12 may
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 22-28 iyun

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
- ərizə qəbulu - 16-23 fevral
- qəbul imtahanı (1-ci mərhələ) - 15 mart
- qəbul imtahanı (2-ci mərhələ) - 7 iyul
- ixtisaslaşma seçimi - 10-14 iyul
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 21-24 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları
5, 12, 19 aprel, 3 may

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
- ərizə qəbulu (I-IV qruplar) - 1-30 aprel
- ərizə qəbulu (V qrup) - 5-18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) - 15-30 aprel
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) - 6-19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 1-31 mart

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 7 iyul
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - II və III qruplar üzrə - 17 may
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - I və IV qruplar üzrə - 24 may
- qəbul imtahanı (cari ilin məzunları) - I və IV qruplar üzrə - 14 iyul
- qəbul imtahanı (cari ilin məzunları) - II və III qruplar üzrə - 25 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul-5 avqust
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) - 19 iyul-5 avqust
- ixtisas seçimi (I-V qruplar) - 30 iyul-11 avqust
- boş qalan yerlərə ixtisas seçimi (I-V qruplar) - 14-19 avqust

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
- ərizə qəbulu - 5-18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 6-19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 1-31 mart
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı - 1-ci imtahan - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı - 2-ci imtahan - 7 iyul
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 2 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı - 15 iyul-5 avqust
- ixtisas seçimi - 14-19 avqust
- boş qalan yerlərə ixtisas seçimi - 27-31 avqust

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
- ərizə qəbulu - 1-31 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat - 20 may-2 iyun
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 2 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 7-11 iyul
- ixtisas seçimi - 8-15 iyul
- boş qalan yerlərə ixtisas seçimi - 1-10 avqust

Buraxılış imtahanları:
- Peşə liseyləri - 15 mart
- 1-ci istiqamət (Bakı) - 2 iyun
- 2-ci istiqamət (region) - 6 iyun
- 3-cü istiqamət (region) - 11 iyun
- 4-cü istiqamət (region) - 16 iyun
- Eksternat imtahanı; Əvvəlki il məzunlarının qəbul imtahanı: - Orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan); Ali təhsil müəssisələrinə V qrup üzrə - 2 iyul

Monitorinq imtahanları: 6 və 7-ci siniflər - 6-7 aprel (region); 9-10 aprel (Bakı).
11-ci sinif - 15, 16, 17 aprel (Bakı); 20, 21 aprel (region).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti