...

Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi" açılır

Cəmiyyət Materials 23 Fevral 2015 15:33 (UTC +04:00)
Fevralın 23-də Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılış mərasimi keçiriləcək.
Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi" açılır

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Fevralın 23-də Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi"nin açılış mərasimi keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın "Classic Remise" və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə təşkil olunan sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdiriləcək.

Bu gün ən son yeniliklərə uyğun avtomobillərin istehsal olunmasına baxmayaraq, dövrümüzədək dəbdən düşməyən, ən əsası isə keyfiyyətini itirməyən avtomobillər var. Hətta hazırda istehsal edilməsə belə, yenə də avtomobil həvəskarlarının marağında olan markalar var. Ziyarətçilər məhz bu maraqdan irəli gələrək təqdim edilən sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər.

İlk dəfə olaraq belə geniş eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksesuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar nümayiş olunur.

Qeyd edək ki, sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında "Tarixə dörd çarxla" kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər barəsində məlumatlar, fotolar təqdim edilir.

Sərgi həftənin cümə, şənbə və bazar günləri işləyəcək. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud Mərkəzin rəsmi internet saytından (www.heydaraliyevcenter.az) əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti