...

Bakıda şaxtalı havalara son

Cəmiyyət Materials 24 Fevral 2015 12:30 (UTC +04:00)
Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək.
Bakıda şaxtalı havalara son

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər və axşam bəzi şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti