...

Geyimlərinizi yüngülləşdirə bilərsiniz: havanın temperaturu 14 dərəcəyə kimi yüksələcək

Cəmiyyət Materials 25 Fevral 2015 12:36 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən artacaq, havanın temperaturu bəzi ərazilərdə 14 dərəcəyə kimi yüksələcək.
Geyimlərinizi yüngülləşdirə bilərsiniz: havanın temperaturu 14 dərəcəyə kimi yüksələcək

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən artacaq, havanın temperaturu bəzi ərazilərdə 14 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal və şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti