...

Ombudsmandan təklif və tövsiyələr var

Cəmiyyət Materials 25 Fevral 2015 14:27 (UTC +04:00)
Ombudsman 2014-cü il üzrə illik məruzəsini təqdim edib.
Ombudsmandan təklif və tövsiyələr var

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Ombudsman 2014-cü il üzrə illik məruzəsini təqdim edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, Ombudsmanın illik məruzəsi cari il bitdikdən sonra iki aydan gec olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməli, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilməlidir.

Bu gün illik məruzə Azərbaycan Respublikasının Prezidentinə, Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qurumlarına göndərilib.

"Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2014-cü il üzrə illik məruzədə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

İllik məruzənin martın 6-da Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.

Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə mətbu orqanlarda dərc ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti