...

Silahlı Qüvvələrdə hərbi cinayətlərlə bağlı mövcud vəziyyət açıqlandı

Cəmiyyət Materials 25 Fevral 2015 16:43 (UTC +04:00)
Döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə, ümumiyyətlə, qeydə alınmayıb.
Silahlı Qüvvələrdə hərbi cinayətlərlə bağlı mövcud vəziyyət açıqlandı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

"Son illərdə ölkədə hərbi cinayətlərin sayı kəskin surətdə azalır. Konkret olaraq, 1992-1993-cü illərlə müqayisədə bütövlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı təqribən yüz dəfələrlə, hərbi xidmətdən yayınma cinayətlərinin, о cümlədən fərarilik cinayətlərinin sayı min dəfələrlə, qəsdən adamöldürmə cinayətlərinin sayı isə iki dəfə azalıb. Döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri isə, ümumiyyətlə, qeydə alınmayıb".

Trend xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, möhkəm hərbi intizamın ordu həyatında mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınmaqla hərbi qul­luqçular arasında qarşılıqlı münasibətlərin, nizamnamə qaydalarının pozulması hallarının öyrənilməsi və tədqiq edilməsinə xüsusi diqqət yetirilməlidir: "İlk növbədə, bu qəbildən olan hallar üzrə aparılan təhqiqatın daha da təkmilləşdirilməsinə fikir verilməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda göstərilən hallar üzrə təhqiqatın aparılmasına dair elmi-praktik tövsiyələr hazırlanıb".

X.Vəliyev həmçinin qeyd edib ki, Respublika Hərbi Prokrurorluğu tərəfindən hərbi hissələrdə 270-dən artıq "Etimad qutusu" qoyulub ki, bu da öz növbəsində, hərbi qulluqçuların hər hansı bir qanunsuzluğa məruz qaldığı halda müvafiq orqanlara vaxtında müraciətetmə hüquqlarından istifadə edə bilmələrini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti