...

İstehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısı alındı

Cəmiyyət Materials 26 Fevral 2015 18:15 (UTC +04:00)
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.
İstehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısı alındı

Azərbaycan, Bakı, 26 fevral /Trend/

İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Trend-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında "Fərid" şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti