...

Hərbi Akademiyada elmi seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 20:21 (UTC +04:00)
Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi seminar keçirilib.
Hərbi Akademiyada elmi seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərb elminin inkişafı sahəsində "Azərbaycan Respublikasında idarəetmə sistemlərinin təkamülü və inkişaf perspektivləri" mövzusunda elmi seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim heyəti, dinləyiciləri, eləcə də AMEA-nın nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev açıb. Tədbir 26 fevral Xocalı soyqırımının 23-cü ildönümünə təsadüf etdiyindən ümummilli lider Heydər Əliyevin və şəhidlərin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-leytenant H.Piriyev orduda idarəetmənin təkmilləşdirilməsində idarəetmə sistemlərinin inkişaf perspektivlərindən danışıb.

Daha sonra məruzə ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, əməkdar elm xadimi, "Şöhrət" ordenli akademik Telman Əliyev çıxış edib.

Əlavə məruzələrlə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professorları Tahir Pənahov və Azad Bayramov çıxış ediblər.

Elmi-praktiki cəhətdən əhəmiyyətli olan məruzə ətrafında diskussiyalar aparılıb və dinləyicilərin sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının fakültələrində, Adyunkturasında və kafedralarında hərb elminin inkişafı istiqamətində aparılacaq fundamental elmi tədqiqat işlərinin istiqamətləri və bu sahədə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə müvafiq əməkdaşlığın perspektivləri müəyyən edildikdən sonra seminara yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti