...

"Smart Systems Technology"-nin 15 illik uğurun “ilk addımları”

Cəmiyyət Materials 27 Fevral 2015 09:33 (UTC +04:00)
1999-cu ilin noyabr ayında yaradılan SMART SYSTEMS TECHNOLOGY Məhdud Məsuliyyətli Müəssisəsi, yarandığı gündən etibarən zəhmətkeş və ziyalı insanların, o cümlədən peşəkar mütəxəssislərin əməyi və fədakarlığı nəticəsində 15 illik şərəfli və uğurlu inkişaf yolu keçmiş və bugünədək həmin peşəkar insanların əzmkarlığı və fədakarlığı sayəsində dayanmadan irəliyə doğru addımlamaqdadır.
"Smart Systems Technology"-nin 15 illik uğurun “ilk addımları”

Azərbaycan, Bakı, 27 fevral /Trend/

1999-cu ilin noyabr ayında yaradılan SMART SYSTEMS TECHNOLOGY Məhdud Məsuliyyətli Müəssisəsi, yarandığı gündən etibarən zəhmətkeş və ziyalı insanların, o cümlədən peşəkar mütəxəssislərin əməyi və fədakarlığı nəticəsində 15 illik şərəfli və uğurlu inkişaf yolu keçmiş və bugünədək həmin peşəkar insanların əzmkarlığı və fədakarlığı sayəsində dayanmadan irəliyə doğru addımlamaqdadır.

Böyük qürur hissi ilə qeyd edə bilərik ki, Smart Systems Technology MMM şirkəti, Azərbaycanda bank və maliyyə sferasında yaradılmış ilk milli Avtomatlaşdırılmış Proqram Təminatı Sistemlərinin müəllifidir və bu Sistemlər Azərbaycan Respublikası Müəllif Hüquqları Agentlyində qeydiyyatdan keçirilərək şirkət tərəfindən lisenziyalaşdırılmışdır.

1999-2000-ci illərdə Azərbaycanda İnformasiya Texnologiyalarının tətbiqinin hələ ilk inkişaf mərhələlərində olması, peşəkar mütəxəssis çatışmazlığı və yerli avtomatlaşdırılmış proqram təminatı istehsalının ümumiyyətlə yox dərəcədə olması, bu sahəyə investisiya qoymağın və innovativ biznes qurmağın nə dərəcədə çətin və riskli olduğunu göstərirdi. Lakin buna baxmayaraq, şirkətin hal-hazırki təsisçilərinin bu sahədə uğur qazanmağın mümkünlüyünə olan inamları, öz şəxsi bilik və bacarıqları ilə yanaşı peşəkar kollektivin birgə əməyinin müsbət nəticələr verəcəyinə etimadı, tezliklə öz bəhrəsini verdi və yarandığı tarixdən cəmi 8-9 ay keçməsinə baxmayaraq, şirkət öz proqram təminatı məhsulu olan "SMART-BANK" Avtomatlaşdırılmış Bank Sistemini yaradaraq real tətbiqinə başladı və Azərbaycanda ilk yerli Avtomatlaşdırılmış Proqram Təminatı Sistemi kimi 11.07.2000-ci il tarixində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyatdan keçirildi.

Proqram Təminatı ilə yanaşı, İnformasiya Texnologiyalarının digər istiqamətləri üzrə də fəaliyyət göstərən Smart Systems Technology MMM şirkəti, elə həmin illər ərzində öz peşəkar yanaşmasını və innovativ bacarıqlarını nümayiş etdirərək "İP-Telefoniya" texnologiyasının tətbiqinə başladı və Azərbaycanda ilk dəfə olaraq "Phone-to-Phone" brendi altında İP üzərindən beynəlxalq danışıq layihəsini uğurla həyata keçirdi.

Smart Systems Technology MMM mətbuat xidmətinin yaydığı məlumata görə, sonradan öz fəaliyyət dairəsini daha da genişləndirən Smart Systems Technology MMM şirkəti bugün Azərbaycanın aparıcı İT şirkətlərindən biridir və istər Proqram Təminatı üzrə, istərsə də İnformasiya Texnologiyalarının digər istiqamətləri üzrə bir sıra dövlət və qeyri-dövlət müəssisələri ilə yüksəksəviyyəli əməkdaşlıq münasibətləri qurmuşdur. Şirkət həm öz peşəkar kadr potensialına, həmçinin də uğurlu biznes təcrübəsinə əsaslanaraq bundan sonra da yeni layihələr üzərində işləyərək, müasir və innovativ məhsul və xidmətlərini öz müştərilərinə təqdim edəcəkdir.

Smart Systems Technology MMM şirkəti, fəaliyyət dövrü ərzində, öz bines maraqları ilə yanaşı, Korporativ Sosial Məsuliyyət istiqamətində də daima öz strateji yanaşmasını nümayiş etdirmişdir. Şirkət daima öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində, cəmiyyətdə qəbul edilmiş fundamental və etik dəyərlərə sahib çıxmış və öz işçi kollektivində bu dəyərlərə hörmətdən irəli gələn sosial məsuliyyətin əhəmiyyətini aşılamışdır. Odur ki, şirkətimizin hər bir əməkdaşı şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun üzərinə düşən öhdəlikləri dərk etməli və daima bu dəyərlərə sahib çıxmaqla həm şirkət, həm cəmiyyət, həmçinin də öz fərdi iradəsi qarşısında vicdanlı və ədalətli mövqeyini nümayiş etdirməlidir. Belə ki, bu 15 il ərzində şirkətdə işləyərək müasir texnoloji biliklərə yiyələnən və sonradan digər şirkətlərdə işləməyə başlayaraq uğurla işlərini davam etdirən azı 50 nəfərərədək mütəxəssislər bir məktəb kimi Smart Systems Technology şirkətinin adını daim yüksəkdə saxlayırlar.

Lakin təəssüf olsun ki, bəzən bir sıra insanlar bütün bu dəyərləri gözardı edir və attığı səhv addımlarına görə həm şirkət, həm cəmiyyət, həmçinin də fərdi iradəsi qarşısında sosial dəyərlərini itirmiş olur. Belə hallardan birinə də, 23.02.2015-ci il tarixində Novosti.az xəbərlər agentliyinin internet səhifəsində dərc edilmiş məqaləni oxuyarkən rast gəldik. Həmin məqalədə qeyd edilən fikirlərə cavab olaraq bildirmək istəyirik ki, 1999-2001-ci illər ərzində Smart Systems Technology MMM şirkətində qısa müddətdə işləmiş və sonradan şirkətdən xaric edilmiş şəxsin "SMART-BANK" Avtomatlaşdırılmış Bank Sisteminin və sadalanan digər layihələrin guya müəllifi olması barədə iddiaları tamamilə əsassızdır və Smart Systems Technology MMM şirkəti olaraq bu kimi xoşagəlməz və heç bir hüquqi əsası olmayan, reallıqdan uzaq fikirlərin kütləvi informasiya vasitələrində hallandırılmasını kəskin şəkildə qınayır və təəssüf hissi keçiririk.

Hal-hazırda şirkətimizin təklif etdiyi xidmətlərin qısa təsviri aşağıdakı kimidir:

Bank və Bank olmayan maliyyə strukturlarının, o cümlədən Müəssisələrin işinin kompleks avtomatlaşdırılması üzrə Proqram Təminatı Sistemlərinin tətbiqi;
Sğorta sirkətinin işinin tam kompleks Proqram Sistemi;
Hotel, restoran, anbar işinin tam avtomatlaşdırılması üzrə Proqram Təminatı Sistemlərinin tətbiqi;
Mənzillər və Dayanacaqlar uzrə Abunə haqqlarının, Kommunal xidmətlər uzrə müxtəlif yığımların uçotunun qeydləri və nəzarətlərinin təşkili və idarə olunması üçün Avtomatlaşdırılmış Proqram Təminatı Sistemi;
İnternet Provayder xidmətlərinin göstərilməsi;
İP-TV və İP-Telefoniya xidmətlərinin göstərilməsi;
Data Transfer şəbəkələrinin qurulması;
İT layihələndirmə və İT konsaltinq xidmətlərinin göstərilməsi;
Telekommunikasiya avadanlıqlarının satışı və quraşdırılması;
Fiber-optik şəbəkələrin qurulması (FTTx həllər);

15 illik şərəfli həyat yolumuzun davamı olaraq bundan sonra da Azərbaycanın İKT sektorundakı uğurlu fəaliyyətimizi yorulmadan davam etdirəcək və yeni, innovativ layihələrimizlə Azərbaycanda İnformasiya Texnologiyalarının inkişafına öz töhfəmizi verəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti