...

Xarici universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanıldı

Cəmiyyət Materials 27 Fevral 2015 16:27 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrin ali təhsil ocaqlarında tədrisinə başlanılıb.
Xarici universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanıldı

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrin ali təhsil ocaqlarında tədrisinə başlanılıb. Azərbaycan multikulturalizmi fənni bir neçə gündür ki, Litva Respublikasının Litva Pedaqoji Universitetində, Rusiya Federasiyasının Ural Federal Universitetində və Belarus Respublikasının Belarus Dövlət Universitetində tədris edilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 26-dan başlayaraq Azərbaycan multikulturalizmi fənninin Bolqarıstan Respublikasının Müqəddəs Kliment Oxridski adına Sofia Universitetində tədrisinə başlanıb. Mart ayından etibarən bu fənnin daha üç ölkədə, İtaliya Respublikasının "La Sapienza" Universitetində, Çexiya Respublikasının Karlov Universitetində və Tbilisi Dövlət Universitetində tədrisinə start veriləcək.

Multikulturalizm bir sıra dünya dövlətlərində iflasa uğradığı bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti elan edib. Ölkəmizdə bu siyasət uğurla həyata keçirilir və bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur. Biz öz çoxəsrlik təcrübəmizi bu gün dünya ilə bölüşməyə hazırıq. Bizimlə bu istiqamətdə əməkdaşlığa həm xarici universitetlərdə, həm də bir çox xarici qurum və təşkilatlarda böyük həvəs və maraq var. İlk addımlar artıq atılır. Yaxın gələcəkdə təmas nöqtələrinin sayı artacaq və tədrisin coğrafiyası genişlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti