...

İsrail alimləri Azərbaycan alimlərinin təcrübəsindən istifadə edirlər

Cəmiyyət Materials 27 Fevral 2015 17:27 (UTC +04:00)
İsrail alimləri karbohidrogen axtarışı zamanı Azərbaycan alimlərinin təcrübəsindən də istifadə edirlər.
İsrail alimləri Azərbaycan alimlərinin təcrübəsindən istifadə edirlər

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

İsrail alimləri karbohidrogen axtarışı zamanı Azərbaycan alimlərinin təcrübəsindən də istifadə edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə akademiyanın prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyətinin İsrailə səfəri zamanı keçirilən görüşlər zamanı bildirilib.

Nümayəndə heyəti Təl-Əviv şəhərində yerləşən ölkənin ali təhsil müəssisəsi və çoxprofilli elmi tədqiqat ocağı olan Veytsman adına İnstitutda da görüşlər keçirib.

Nümayəndə heyətinin iştirakı ilə İsrailin ən böyük ali təhsil müəssisələrindən biri sayılan Təl-Əviv Universitetində görüş keçirilib. Görüşdə universitetin 9 fakültəsində 25 mindən artıq tələbənin təhsil aldığı qeyd edilib. İsrailin faydalı qazıntıları haqqında maraqlı mühazirə dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti