...

Polşanın Vrotslav şəhərində tələbələrin Xocalı aksiyası (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2015 19:54 (UTC +04:00)
Polşanın Vrotslav şəhərində “Xocalıya ədalət” aksiyası keçirilib.
Polşanın Vrotslav şəhərində tələbələrin Xocalı aksiyası (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Polşanın Vrotslav şəhərində "Xocalıya ədalət" aksiyası keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Vrotslav şəhərində təhsil alan bir qrup tələbəmiz, o cümlədən Xəyal İbrahimov, Vügar Qasımlı, Rövşən Abbasov, Elvin Ismayılov, Bəxtiyar Əliyev, Turan Həsənli, Tural Mustafayev, Elçin Əhmədov, Anar Hüseynov, Seymur Kərimov və başqaları Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırlanan "Xocalıya ədalət" kampaniyası çərçivəsində şəhər mərkəzində aksiya keçiriblər.

Aksiyada iştirak edən tələbələrimiz yerli sakinlərlə, eləcə də bu şəhərdə olan turistlərlə təmaslar quraraq onlara Xocalı soyqırımı haqqında məlumat verib, faciəni əks etdirən açıqcalar, broşürlər təqdim ediblər.

Aksiya bir neçə saat davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti