...

"Fikir şənbəsi" bu dəfə İncəsənət Muzeyində keçirildi (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2015 16:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubu bu dəfə Azərbaycan Milli İncəsənət Muzeyində toplaşıb.
"Fikir şənbəsi" bu dəfə İncəsənət Muzeyində keçirildi (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubu bu dəfə Azərbaycan Milli İncəsənət Muzeyində toplaşıb.

Fondun İnformasiya təminatı sektorundən Trend-ə verilən məlumata görə, Bilik Fondunun əməkdaşları və müxtəlif universitetlərdə təhsil alan könüllülərindən ibarət bir qrup Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği məqsədilə İncəsənət Muzeyinə ekskursiya edib.

Klubun üzvləri muzeydə Azərbaycan və Avropa mədəniyyətinin nümunələri - qədim geyim, zinət və məişət əşyaları, xalçalar, rəsm əsərləri, digər qiymətli eksponatlarla tanış olublar. Bələdçinin verdiyi tarixi məlumatlar "Fikir şənbəsi"ni daha da maraqlı edib.

Fransız şair və siyasətçi Alfonse de Lamartine muzeyləri "sənət qəbiristanlığı" adlandırırdı. Klub üzvləri "Muzey - "sənət qəbiristanlığı", yoxsa "sənət yaddaşı"?" mövzusunda fikir mübadiləsi aparıblar.

Sonda Bilik Fondunun fəal könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti