...

Anna Pavlova: Bakıda keçiriləcək ilk Avropa Oyunlarına ciddi hazırlıq gedir

Cəmiyyət Materials 1 Mart 2015 19:35 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Annadan idmana gəlişi və digər maraqlı məlumatların yer aldığı kiçik müsahibə götürüb
Anna Pavlova: Bakıda keçiriləcək ilk Avropa Oyunlarına ciddi hazırlıq gedir

Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərindən biri olimpiya proqramına daxil olan qadın idman gimnastikasıdır. Bu oyunlarda Azərbaycanı 3 gimnast təmsil edəcək və onlar 6 cüt medal uğrunda - komanda hesabı, şəxsi birincilik, həmçinin ayrı-aryı finallar - tir üzərində hərəkətlər, müxtəlif hündürlüklü qollar, dayaqla tullanma və sərbəst hərəkətlərdə mübarizə aparacaqlar.
Azərbaycan gimnastı Anna Pavlova bu oyunların mümkün iştirakçılarındandır. Ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Annadan idmana gəlişi və digər maraqlı məlumatların yer aldığı kiçik müsahibə götürüb.


- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

Mənim valideynlərim gimnastika üzrə məşqçidilər və mən zalda böyümüşəm. Mənim xüsusi seçimim yox idi və 4 yaşımdan mən də məşq etməyə başladım.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

- Özümü başqa sahələrdə sınamaq üçün mənim şansım var idi. Əsasən, musiqi və şahmatla məşğul olurdum. Daha sonra məktəbə getdim və ikinci növbədə idim. Mən seçim qarşısında idim və gimnastikanı seçdim. Bu mənim seçimim idi. Anam və nənəm buna qarşı idilər, məni rəqsə yazdırmaq istəyirdilər, lakin bu məni çox qıcıqlandırırdı. Uşaqlıqda bəyənməsəm də, böyüdükcə rəqsə daha loyal yanaşmağa başladım.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

- Fərqli olaraq. Hər problemin həllində onun mənbəyinə qayıtmaq lazımdır. Analiz etdikcə, hər şeyi dərk edirsən. Bəzən alınmasa da, artıq bununla heç nə etmək olmur.

- Fikrincə hər hansı idman növündə vacib olan nədir?

- Öz üzərində çalışmaq və məqsədə doğru getmək.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

- Heç bir professional idman, insana sağlamlıq vermir. Lakin, tamamilə fərqli şeylər verir. Sağlamlıq üçün bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Gimnastikanın üstün cəhətlərindən biri odur ki, rəqibin yoxdur, necə məşq etmisənsə, o cür də çıxış edəcəksən. Ümumi gimnastika insan sağlamlığı üçün əhəmiyyətlidir. Böyük idman - səyahət imkanları, özünə ad və həyat tərzi qazanmaq şansı verir. Mən təsəvvür edə bilmirəm ki, idman karyeramı bitidikdən sonra nə işlə məşğul olacam. Məşqçi kimi davam etmək şansım var, lakin bu addımı atmağa hələ hazır deyiləm. Mən daima hərəkətdə olmağa, tanımadığım ölkələrə səyahət etməyə öyrəşmişəm.

- İdmanda kumirin varmı?

- Xeyr. Nailiyyətlərinə görə hörmət etdiyim şəxslər var. Təqlid etməyi düzgün saymıram.

-Yaxın gələcək üçün idman planlarından danış bir az.

- Zədəmi nəzərə alaraq, nəsə planlaşdırmaq hazırda mənə çətindir. İndi bir məqsədim var - ayağımı müalicə etmək və Avropa Oyunları haqda düşünmək. Məhz oyunlara görə mən bərpa olunmağı qərara aldım və 3 ildir ki, işləyirəm. Mən çox yaxşı formada olmaq istəyirəm. İki ay öncə əməliyyat olunsamda, hər şey lazımı kimi olmadı. Zədədən sonra mənə sağalmağımın çətin olacağını demişdilər. Mənim özümə də maraqlı idi, bacara biləcəmmi ya yox. Karyeramı davam etdirməyin nə qədər perspektivli olmasına Avropa Oyunlarından sonra baxacağıq. Lakin, günü-gündən çətinləşir. Mən bunu özüm üçün qərar verməliyəm, çünki bir müddət sonra Rio-de-Janeyroda təşkil olunacaq Olimpiadaya lisenziya qazanmaq şansımın olduğu Dünya Çempionatı keçiriləcək.

-Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

- Mən ilk dəfə karyeramı bitirdikdən sonra, Bakıya gəldim. Bura mənim çox xoşuma gəldi və 3 il burda qalmağa qərarına gəldim. Universiadada iştirak edə bilmədim, əvvəlcə bir məşqçi, daha sonra digər məşqçi icazə vermədi. Bundan sonra isə zədədən əziyyət çəkdim. Düşünürəm ki, Avropa Oyunları da Universiadaya bənzəyir, burada da gimnastikanın növləri təmsil olunacaq. Mən bu yarışlara hazırlığın nə qədər ciddi olduğunu görürəm, mənim üçün çox maraqlıdı və bu yarışlarda özümü sınamaq istərdim.

-İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

- Düzü heç bilmirəm. Konkret olaraq azrularım yoxdur, lakin idmandan sonra özümü təsdiq etmək istərdim. İdman çox gözəldir, çox şey qazandım idmanda, lakin o bitir. Bundan sonra özünü başqa sahədə tapmalısan. Etmədən bunu bilmərsən. Misal üçün, məşqçilik peşəsi məni cəlb edir. Burada özümü sınamasam olmaz, uşaqlara təlim keçmək istərdim.

-İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

- Mən idmanla yaşayıram, özümü bu sahədən kənarda təsəvvür edə bilmərəm. Bu mənim elə adi həyatımdır.

-Öz ailən haqda danış bir az.

- Ailəm kiçikdir. Atam rəhmət gedib, anam isə mənim şəxsi məşqçimdir. Həmçinin, mənə planlarımı tərtib etməkdə kömək edən balaca qardaşım var. Qohumlarım da var ki, mən onları da ailəmin üzvləri sayıram. Çalışıram onlarla tez-tez görüşüm, alınmasa da əlaqəni internet vasitəsilə saxlayırıq.

-Sevdiyin şəxs varmı?

- Xeyr.

-Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

- Onlar hər şey qışqırırlar (gülür). Onlar dəstəklədikcə mən çox sevinirəm. Ən adi sözlər belə, mənə güclü təsir edir.

-Onlara nə demək istərdin?

- Demək istərdim ki, onların dəstəyi hər idmançı üçün vacibdir. Bu yaxınlarda Meksikada yarışda nümunəvi çıxışlarda olmuşdum. Orada bizi çox səmimi və isti qarşıladılar. Azarkeşlər dəstəkləyir, qışqırır və biz də müsbət enerji alırdıq. Dəstək olan və bizim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti