...

Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?

Cəmiyyət Materials 3 Mart 2015 10:44 (UTC +04:00)
Mərkəzi Bank manatın məzənnəsinin ucuzlaşdırması və dolların bahalaşması fonunda bəzi “iqtisadçılar” tərəfindən ölkədə inflyasiyanın kəskin artacağı ilə bağlı ehtimallar irəli sürülürdü.
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?

Azərbaycan, Bakı, 3 mart /Trend/

Mərkəzi Bank manatın məzənnəsinin ucuzlaşdırması və dolların bahalaşması fonunda bəzi "iqtisadçılar" tərəfindən ölkədə inflyasiyanın kəskin artacağı ilə bağlı ehtimallar irəli sürülürdü. "Sosial-İqtisadi və Ekoloji İnkişaf " İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, bu cür əsaslandırılmamış fikirlər isə əhalidə ərzaq məhsullarının, xüsusilə hər birimizin istehlak səbətində əhəmiyyətli yeri olan çörəyin bahalaşması nararahatçılığını yaradırdı.

Onun sözlərinə görə, ancaq bir neçə gün ərzində apardığımız müşahidələr göstərir ki, hazırda çörəyin qiymətində heç bir dəyişiklik yoxdur: "Yəni manatın məzənnəsinin ucuzlaşmasından sonra da marketlərdə əsas ərzaq məhsullarının, o cümlədən çörəyin satışı köhnə qiymətlərlə davam etdirilir. Bu gün mağazalarda istehlakçılar mağazalarda istədiyi çeşiddə çörək və un məhsullarını əvvəlki qiymətlərlə ala bilərlər".

R.Mehdiyeva hesab edir ki, bu, dövlət başçısının ciddi tapşırıqlarından sonra sahibkarların üzərlərinə düşən məsuliyyəti daha ciddi dərk etməsinin və müvafiq qurumların nəzarətinin gücləndirilməsinin nəticəsidir: "Mətbuatdan da məlum olduğu kimi, dövlət qurumlarının istehlak bazarına intensiv nəzarət tədbirləri davam etdirilir. Odur ki, bəzi "işbazlar" vəziyyətdən istifadə edərək sui-istifadə hallarından çəkinməli, süni qiymət artımına yol verməməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti