...

BDU 964 xəbərlə birincidir

Cəmiyyət Materials 3 Mart 2015 11:05 (UTC +04:00)
Media Consalting & Services fevral ayı üzrə universitetlər haqqında dərc olunan məlumatların statistikasını açıqlayıb.
BDU 964 xəbərlə birincidir

Azərbaycan, Bakı, 3 mart /Trend/

Media Consalting & Services fevral ayı üzrə universitetlər haqqında dərc olunan məlumatların statistikasını açıqlayıb.

BDU-dan Trend-ə verilən məlumata görə, Azərbaycanın internet məkanı, sosial mediası, gündəlik qəzetləri və TV kanallarında yayımlanmış məlumatlar əsasında hazırlanmış monitorinqin nəticəsinə görə beş ali məktəb arasında ilk yer 964 xəbərlə Bakı Dövlət Universitetinin payına düşür.

Sonrakı yerləri Bakı Ali Neft Məktəbi, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Tibb Universiteti tutur.

Qeyd edək ki, ötən ayın monitorinqinə görə Bakı Dövlət Universiteti 858 xəbərlə reytinqə başçılıq edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti