...

Bakının mərkəzi yollarından birində təmir işləri başa çatdırılıb

Cəmiyyət Materials 3 Mart 2015 11:59 (UTC +04:00)
Paytaxtın Səbail rayonunda yerləşən Nizami küçəsində təmir işləri davam etdirilir. Artıq sözügedən küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində işlər başa çatdırılıb.
Bakının mərkəzi yollarından birində təmir işləri başa çatdırılıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Səbail rayonunda yerləşən Nizami küçəsində təmir işləri davam etdirilir. Artıq sözügedən küçənin Fikrət Əmirov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində işlər başa çatdırılıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Məlumata görə, həmin ərazidə beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, asfalt-beton ortüyünün döşənməsi yekunlaşıb. Sabahdan etibarən təmir işlərinin həmin küçənin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti