...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 3 Mart 2015 12:32 (UTC +04:00)
Azərbaycanda mart ayına xas hava şəraiti davam edəcək.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda mart ayına xas hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 4-də fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Bu cür hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti