...

Onlar ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içdilər

Cəmiyyət Materials 3 Mart 2015 14:37 (UTC +04:00)
Penitensiar xidmətdə qulluğa qəbul olunmuş gənc əməkdaşlar and içiblər.
Onlar ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içdilər

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/

Penitensiar xidmətdə qulluğa qəbul olunmuş gənc əməkdaşlar and içiblər.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 3-də Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 14 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.

Xidmətə qəbul olunanlardan 13 nəfəri müvafiq müsahibələrdən və müsabiqə komissiyasından uğurla keçən şəxslər, 1 nəfəri isə Penitensiar xidmətin kiçik rəis heyətindən orta rəis heyətinə xidmətə keçirilən əməkdaşdır.

Ədliyyə Akademiyasında icbari təlim kursunu başa vurmuş gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.

Tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev xidmətə yeni başlayan əməkdaşları ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından təbrik edib. O, xidmətin xüsusiyyətlərini bir daha gənc əməkdaşlara xatırladaraq penitensiar sistemdə aparılan son islahatlar barədə ətraflı məlumat verib və gələcək işlərində onlara uğurlar diləyib.

Gənc əməkdaşlara xidməti vəsiqələr təqdim olunub və onlara mobil telefon nömrələri hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti