...

Füzuli və Sabirabadda 600-dən çox vətəndaşa səyyar formada şəxsiyyət vəsiqələri verilib

Cəmiyyət Materials 4 Mart 2015 17:50 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Füzuli və Sabirabad rayonlarında 600-dən çox vətəndaşa səyyar formada şəxsiyyət vəsiqələri verib.
Füzuli və Sabirabadda 600-dən çox vətəndaşa səyyar formada şəxsiyyət vəsiqələri verilib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Füzuli və Sabirabad rayonlarında 600-dən çox vətəndaşa səyyar formada şəxsiyyət vəsiqələri verib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Füzuli və Sabirabad rayon Polis şöbələrinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə bu rayonlarda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Füzuli rayonunda baş tutmuş tədbir nəticəsində orta ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri və şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş sakinlər də daxil olmaqla, ümumilikdə 170 nəfərin müvafiq sənədləri qəbul edilib. Bununla yanaşı, 140 yeni şəxsiyyət vəsiqəsi sahiblərinə təqdim olunub.

Sabirabad rayonunda keçirilmiş növbəti səyyar xidmət zamanı isə 462 nəfərin, həmçinin orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş şəxslərin sənədləri qəbul edilərək onlara da yeni vəsiqələr verilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti