...

BDU-da "Müasir gənclik və milli-mənəvi dəyərlər" mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Mart 2015 13:48 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Müasir gənclik və milli-mənəvi dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
BDU-da "Müasir gənclik və milli-mənəvi dəyərlər" mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində "Müasir gənclik və milli-mənəvi dəyərlər" mövzusunda elmi-praktik konfrans keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan dekan müavini dosent Cavanşir Muradov konfransın Təhsil Nazirliyinin göstərişi ilə hazırlandığını və keçirildiyini bildirib. Konfransda qaldırılan məsələlərin əhatə dairəsi və qarşıya qoyulan vəzifə və məqsədlər haqqında münasibətdən bəhs açan Cavanşir Muradov konfransda oxunacaq məruzələr haqqında məlumat verib.

İlk çıxış üçün söz Müasir Azərbaycan ədəbiyyat kafedrasının müdiri, professor Tofiq Hüseynoğluya verilib. Professor "Müasir gənclik və milli-mənəvi tərbiyənin aktual problemləri" mövzusunda geniş məruzə edib. Məruzəçi mövzu ilə əlaqədar elmi-nəzəri və ədbi-bədii materiallardan istifadə ilə maraqlı və orijinal fikirlər söyləyib.

Daha sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Bəkir Çobanzadə adına Türkoloji araşdırmalar ETL-nin əməkdaşı Pərvin Eyvazov, Müasir Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşı Xəyalə Əfəndiyeva çıxış edərək müasir gəncliyin milli köklərə bağlı, əxlaqi dəyərlərə sadiq bir ruhda tərbiyə olunmağın vacibliyindən söhbət açıblar. Konfrans tələbələrin sualları ətrafında qurulan maraqlı müzakirə ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti