...

Bakıda daha bir küçəni qaşıdılar

Cəmiyyət Materials 5 Mart 2015 14:00 (UTC +04:00)
Paytaxtın Süleyman Rüstəmov küçəsinin təmirinə başlanıldı.
Bakıda daha bir küçəni qaşıdılar

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Süleyman Rüstəmov küçəsinin təmirinə başlanıldı.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, 1-ci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin icrası sahəsində işlər sürətlə davam etdirilir.

Təmiri həyata keçirilən digər küçələrlə yanaşı, bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə də start verilib. Hazırda uzunluğu 220 m, eni isə 14 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti