...

Yüzlərlə zərərli dini ədəbiyyatın Azərbaycanda yayılmasının qarşısı alınıb

Cəmiyyət Materials 5 Mart 2015 18:30 (UTC +04:00)
Azərbaycanda ekspertizası aparılan dini ədəbiyyatlarla bağlı vəziyyət açıqlanıb.
Yüzlərlə zərərli dini ədəbiyyatın Azərbaycanda yayılmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda ekspertizası aparılan dini ədəbiyyatlarla bağlı vəziyyət açıqlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ildə hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxışların keçirilməsi davam etdirilib və müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınıb.

Ötən il 884 adda dini məzmunlu ədəbiyyata baxılaraq dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 86 adda kitabın ölkəyə gətirilməsinə razılıq verilməyib.

Ölkədə çap olunmaq məqsədilə ekspertizaya 166 adda dini ədəbiyyat təqdim olunub. Onlardan 3-də dini dözümsüzlük təbliğ edən fikirlər aşkarlandığından çapına razılıq verilməyib.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 952 adda dini ədəbiyyata baxılıb. Onlardan 336 adda dini ədəbiyyatın zərərli olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti