...

Sumqayıtda müəssisələrin pulunu mənimsəyənə hökm oxundu

Cəmiyyət Materials 6 Mart 2015 12:44 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Sumqayıt şəhər sakini Xanağa Məhərrəmovun cinayət işi məhkəmə prosesi başa çatıb.
Sumqayıtda müəssisələrin pulunu mənimsəyənə hökm oxundu

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Sumqayıt şəhər sakini Xanağa Məhərrəmovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xanağa Məhərrəmov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edə\k ki, Xanağa Məhərrəmov Sumqayıt şəhər Polis İdarəsini əməkdaşları tərəfindən həbs edilib. O, Sumqayıtda müxtəlif profilli ərzaq malları istehsal edən sexdə satış meneceri vəzifəsində çalışıb. Xanağa Məhərrəmov ayrı-ayrı müəssisələrə satış üçün təhvil məqsədilə ona etibar edilən 42 min manat pulu mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti