...

"Amnesty International" I Avropa Oyunlarını boykot etməyə çağırmayıb

Cəmiyyət Materials 6 Mart 2015 14:00 (UTC +04:00)
"Amnesty International" Bakı 2015 I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.
"Amnesty International" I Avropa Oyunlarını boykot etməyə çağırmayıb

Azərbaycan, Bakı, 6 mart /Trend/

"Amnesty International" Bakı 2015 I Avropa Oyunlarını boykot etməyə çağırmayıb. Trend-in xəbərinə görə, bu barədə "Amnesty International"-ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusenin məlumatında deyilir.

Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir: "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti