...

"AtaBank" qadın jurnalistlər arasında boulinq yarışı keçirdi (FOTO)

Cəmiyyət Materials 6 Mart 2015 15:08 (UTC +04:00)
“AtaBank” ASC qadın jurnalistlər arasında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş boulinq yarışı keçirib.
"AtaBank" qadın jurnalistlər arasında boulinq yarışı keçirdi (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

2015-ci il martın 5-də "AtaBank" ASC qadın jurnalistlər arasında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş boulinq yarışı keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, bu dəfə həmkarlar hazırcavablıq yox, sərrast şar tullama üzrə yarışıblar. Məlum olduğu kimi, boulinq həm də çox əyləncəli şəkildə aktiv hərəkət etməyə və kalori sərf etməyə kömək edir, gözün ölçmək qabiliyyətini, obyektə qədər olan məsafəni və şarın hərəkət trayektoriyasını müəyyən etmək bacarığını inkişaf etdirir, hərəkətlərin koordinasiyasını yüksəldir.

Yarışda "AtaBank" ASC-nin dəvətini almış Azərbaycan mətbuatında işləyən qadın jurnalistlər iştirak ediblər. Dostluq turnirinin yekunlarına görə qaliblər elan edilib və onlara "AtaBank" ASC-nin mükafatları təqdim edilib.

Tədbirdə iştirak edən "AtaBank" ASC-nin icraçı direktoru, İdarə heyərinin üzvü Elnur Osmanov bankın adından qadın jurnalistləri 8 mart - Beynəlxalq Qadınlar Günü bayramı münasibətilə təbrik edib: "Bu gün qadınlar öz yüksək peşəkarlıqlarını nümayiş etdirərək Azərbaycanın kütləvi informasiya vasitələrində layiqli yer tuturlar. Biz qadın jurnalistlərə öz peşəkar fəaliyyətlərində məhsuldar uğurlar arzulayırıq. Bizim bu aksiyanı keçirmək qərarımız ona əsaslanır ki, boulinqin şübhəsiz faydası dostluq əlaqələrinin möhkəmlənməsindədir. İnsanları birləşdirən bu oyun yeni tanışlar tapmağa, həmçinin asudə vaxtı aktiv əyləncə ilə rəngarəng etməyə kömək edir".

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti