...

DİN növbəti səyyar xidmət keçirib

Cəmiyyət Materials 6 Mart 2015 19:37 (UTC +04:00)
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.
DİN növbəti səyyar xidmət keçirib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, respublikanın Oğuz, Samux, Tərtər, Qax, Qusar, Gədəbəy, Şamaxı və Naftalan RPŞ-lərin müvafiq orqan əməkdaşlarının iştirakı ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı növbəti səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlər zamanı adları çəkilən rayonlardakı orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş, ümumilikdə, 1100 nəfərə yaxın şəxsin sənədləri qəbul edilib və onlara yeni vəsiqələr təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti