...

8 mart bayramı özü ilə yağış, külək gətirir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 Mart 2015 12:32 (UTC +04:00)
Azərbaycanda 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günlərində hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək.
8 mart bayramı özü ilə yağış, külək gətirir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günlərində hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq. Şimal-qərb küləyi güclənəcək.

Paytaxtda və Abşeron yarımadasında martın 8-də havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında martın 9-da havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Martın 10-dan hava şəraiti sabitləşəcək, temperatur yüksələcək.

Azərbaycanın rayonlarında martın 8-də hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir, əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında martın 8-də havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti proqnozlaşdırılır.

Martın 9-da isə Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağətəyi və dağlıq ərazilərdə sulu qar və qar yağacaq.

Martın 9-da Aran rayonlarında gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacaq.

Martın 10-da hava əsasən yağmursuz olacaq, temperatur yüksələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti