...

Azərbaycanda havanın temperaturu yenidən yüksəlməyə başlayır

Cəmiyyət Materials 10 Mart 2015 12:38 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temnperaturu ötən günlərlə müqayisədə yüksələcək, temperatur bəzi yerlərdə 16 dərəcə isti olacaq.
Azərbaycanda havanın temperaturu yenidən yüksəlməyə başlayır

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda havanın temnperaturu ötən günlərlə müqayisədə yüksələcək, temperatur bəzi yerlərdə 16 dərəcə isti olacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağ, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Martın 11-12-də Abşeron yarımadasında atmosfer təzyiqinin zəif və mülayim təəddüdü meteohəsas insanlasr üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında martın 11-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 5-10 isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti