...

SABAH qruplarında təhsil alan tələbələrin sayı iki dəfə artırılacaq

Cəmiyyət Materials 17 Mart 2015 12:15 (UTC +04:00)
2016-cı ildə ali məktəblərin SABAH qruplarında təhsil alan tələbələrin sayı iki dəfə artırılacaq.
SABAH qruplarında təhsil alan tələbələrin sayı iki dəfə artırılacaq

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Azad Həsənli/

2016-cı ildə ali məktəblərin SABAH qruplarında təhsil alan tələbələrin sayı iki dəfə artırılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxış edərkən deyib.

M.Cabbarov bildirib ki, hazırkı dövrdə bizim üçün əsas məsələlərdən biri təhsil sisteminin əmək bazarının tələblərinə uyğun şəkildə qurulmasıdır.

Nazirin sözlərinə görə, SABAH qruplarında tədrisə iqtisadiyyatın müxtəlif sahələrinin nümayəndələri cəlb edilir: "Bu layihə genişləndiriləcək. Növbəti tədris ilindən bu qruplar indikindən ən azı iki dəfə çox tələbə qəbul edəcək".

M.Cabbarov əlavə edib ki, hazırda SABAH qruplarında Azərbaycanın ali məktəblərində 33 ixtisas üzrə 688 bakalavr təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti