...

Pula qənaət edən şagirdlər üçün yeni imkan

Cəmiyyət Materials 17 Mart 2015 17:35 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyi məktəblilər arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqə elan edir.
Pula qənaət edən şagirdlər üçün yeni imkan

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyi məktəblilər arasında "Bu günün qənaəti sabahın təminatıdır" adlı müsabiqə elan edir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Mərkəzi Bank və nazirliyin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və FINCA Azərbaycan-ın dəstəyi ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında "Bu günün qənaəti sabahın təminatıdır" adlı müsabiqəyə martın 18-dən başlanılır.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması və bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.

Müsabiqə 30 gün davam etməklə "Şagirdin məqsədli qənaəti" nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi internet səhifələrində yerləşdiriləcək.

İştirak etmək istəyənlər hazırladıqları filmləri 17 aprel 2015-ci il tarixinədək www.musabiqe.edu.az saytına yükləməlidirlər. Maraqlananlar ətraflı məlumat üçün eyni sayta müraciət edə bilərlər.

Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, "e-book reader" təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti