...

Sabah hava yağmursuz olacaq

Cəmiyyət Materials 26 Mart 2015 12:41 (UTC +04:00)
Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.
Sabah hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 26 mart /Trend/

Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyə qədər isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti