...

Bakıda təmirə bağlanmış iki yol açıldı (FOTO)

Cəmiyyət Materials 26 Mart 2015 17:21 (UTC +04:00)
Bayram günlərində təmirə bağlanmış Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışı açılıb.
Bakıda təmirə bağlanmış iki yol açıldı (FOTO)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İlkin İzzət/

Bayram günlərində təmirə bağlanmış Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışı açılıb.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Babək prospektindən Heydər Əliyev prospektinə çıxış da artıq açıqdır: "Hər iki yol bu gün saat 17:00-dan etibarən açılıb, nəqliyyat vasitələri bu yollarda sərbəst hərəkət edə bilərlər".

Qeyd edək ki, təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti