...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 27 Mart 2015 12:35 (UTC +04:00)
Sabah ölkə ərazisində mülayim yaz havasının olacağı gözlənilir.
Sabah hava necə olacaq?

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/

Sabah ölkə ərazisində mülayim yaz havasının olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 10-15 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, mülayim-şərq küləyinin əsəcəyi gözlənilir. Axşam saatlarında isə bəzi şimal və şərq rayonlarında yağıntının düşmə ehtimalı var.

Ölkənin Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 18 dərəcəyədək, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti