...

İki yoldan Heydər Əliyev prospektinə çıxış nəqliyyatın hərəkəti üçün tam açıqdır (VİDEO)

Cəmiyyət Materials 27 Mart 2015 14:45 (UTC +04:00)
Bakının Babək prospektinin və Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə çıxışı nəqliyyatın hərəkəti üçün tam açıqdır.
İki yoldan Heydər Əliyev prospektinə çıxış nəqliyyatın hərəkəti üçün tam açıqdır (VİDEO)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/

Bakının Babək prospektinin və Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə çıxışı nəqliyyatın hərəkəti üçün tam açıqdır.

Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, artıq Babək prospektindən Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə hərəkət etmək istəyən nəqliyyat vasitələri tunel vasitəsilə Yusif Səfərov küçəsinə çıxaraq yeni salınan hissədə dönmə əməliyyatı edib həmin istiqamətlərə maneəsiz hərəkət edə bilərlər.

Heydər Əliyev prospektinə isə Babək prospektindən birbaşa çıxmaq mümkündür. Hərəkət istiqamətində edilən dəyişiklik həmin ərazidə yaranan sıxlığın aradan qaldırılmasına hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti