...

Bakıda daha iki yol istifadəyə verildi

Cəmiyyət Materials 29 Mart 2015 09:49 (UTC +04:00)
Nəsimi rayonunda Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb.
Bakıda daha iki yol istifadəyə verildi

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Nəsimi rayonunda Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb. "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.

Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə əvəzlənib, köhnə asfalt-beton örtük yenisi ilə əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti