...

"Excelsior Hotel Baku"da yoqa üzrə açıq dərs keçirildi (FOTO)

Cəmiyyət Materials 29 Mart 2015 12:44 (UTC +04:00)
25 mart tarixində “Excelsior Hotel Baku” hotelinin “Aura” sağlamlıq mərkəzində mətbuat nümayəndələri üçün yoqa üzrə açıq dərs keçirildi.
"Excelsior Hotel Baku"da yoqa üzrə açıq dərs keçirildi (FOTO)

25 mart tarixində "Excelsior Hotel Baku" hotelinin "Aura" sağlamlıq mərkəzində mətbuat nümayəndələri üçün yoqa üzrə açıq dərs keçirildi.

"Aura" sağlamlıq mərkəzində idmanın müxtəlif növləri üzrə dərslər keçirilir. "Aura" Sağlamlıq Mərkəzinə üzvlük kartı almaqla həftədə 3 dəfə zumba, iki dəfə kallanetika, aerobika, kallanetika və yoqa dərslərində iştirak etmək mümkündür. Dərslər peşəkar təlimçilər tərəfindən keçirlir.

"Excelsior Hotel Baku" hotelinin qadınlar üçün elan etdiyi aksiya davam edir. "Aura" sağlamlıq mərkəzində qadınlar 50% endirimli qiymətlə bir illik üzvlüyü 1175 AZN və 6 aylıq üzvlüyü 750 AZN-ə əldə edə bilərlər. Sahəsi 3 500 kv.m olan "Aura" sağlamlıq mərkəzində trenajor zalı, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz, stolüstü tennis kortu, skvoş kortu, istirahət otaqları "Aura" klubunun üzvlərinə xidmət edir. İdman meydançası çətin iş günündən sonra yorğunluğu çıxarmaq üçün əla imkandır.

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Hotel 1 "İmperial" - lyuks, "Royal" - lyuks, 4 "Crown" - lyuks, 45 "Heritage" - delyuks, 9 "Duke" - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir. "Excelsior Hotel Baku" hotelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti