...

7000-dən çox abituriyent Azərbaycan dilindən imtahan verəcək

Cəmiyyət Materials 29 Mart 2015 16:02 (UTC +04:00)
Azərbaycanda ali və orta ixtisas məktəblərinin rus bölməsinə qəbul olmaq üçün 7042 abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək.
7000-dən çox abituriyent Azərbaycan dilindən imtahan verəcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali və orta ixtisas məktəblərinin rus bölməsinə qəbul olmaq üçün 7042 abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verməlidirlər.

İmtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən etibarən internet vasitəsilə aparılır və bu proses martın 31-də saat 23:59-da başa çatacaq. Bu gün saat 14:00-dək olan məlumata görə, 7042 nəfər rus bölməsinin abituriyenti qeydiyyatdan keçib.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən 1-ci imtahan aprelin 26-da, 2-ci imtahan isə iyulun 7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti