...

Yeni yol nişanlarına diqqət: Bakıda sürücülər qəza şəraiti yaradır (VİDEO)

Cəmiyyət Materials 29 Mart 2015 17:52 (UTC +04:00)
Görülən tədbirlərə baxmayaraq, paytaxtın Babək prospektindən Koroğlu Rəhimov keçəsi və Xətai prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri həmin ərazidə quraşdırılmış yol göstəriciləri, yol nişanlarının və üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq qəza şəraiti yaradırlar.
Yeni yol nişanlarına diqqət: Bakıda sürücülər qəza şəraiti yaradır (VİDEO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Görülən tədbirlərə baxmayaraq, paytaxtın Babək prospektindən Koroğlu Rəhimov keçəsi və Xətai prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri həmin ərazidə quraşdırılmış yol göstəriciləri, yol nişanlarının və üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq qəza şəraiti yaradırlar. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov küçəsində yeni yaradılan sahədə dönmə əməliyyatı edərək hərəkətlərini davam etdirmək əvəzinə Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində təhlükəli qəza şəraiti yaradırlar".

P.Mürsəliyev bildirib ki, bütün bu halların aradan qaldırılması üçün həmin ərazidə nəzarətin gücləndirilməsinə böyük ehtiyac var: "Əgər vaxtında bunun qarşısı alınmazsa, yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmazdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti