...

Anomal, yoxsa normal hava?

Cəmiyyət Materials 30 Mart 2015 10:44 (UTC +04:00)
Azərbaycanda hazırda müşahidə edilən hava şəraiti mart ayı üçün xarakterikdir və anomal sayılmır.
Anomal, yoxsa normal hava?

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda hazırda müşahidə edilən hava şəraiti mart ayı üçün xarakterikdir və anomal sayılmır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, mart ayında hava şəraitinin dəyişməsi prosesi, qarın yağması halları əvvəlki illərdə də olub: "Əgər belə hallar əvvəlki illərdə olmasaydı, onda martın son günləri üçün gözlənilən hava şəraiti anomal sayıla bilərdi".

A.Verdiyev deyib ki, hazırda Bakının bəzi yerlərinə yağış, dağlıq və dağətəyi rayonlara isə qar yağır. Əvvəlcədən verilən proqnozlara görə, bu gün hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti