...

Daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 30 Mart 2015 11:03 (UTC +04:00)
29 mart 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Bərdə "ASAN xidmət" mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 8 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə Sabirabad və Bərdədir.

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 "Çağrı" mərkəzinə zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti