...

Bakıda bəzi yollarda sürət həddi azaldıldı (FOTO)

Cəmiyyət Materials 31 Mart 2015 10:45 (UTC +04:00)
Bakıda bəzi yollarda sürət aşağı salınıb.
Bakıda bəzi yollarda sürət həddi azaldıldı (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda bəzi yollarda sürət həddi azaldılıb.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb: "Zoaqlar üzrə üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilib. Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib. Sürət həddinin azaldılmasına səbəb metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti