...

Yağmurdan sonra mülayim hava

Cəmiyyət Materials 31 Mart 2015 12:46 (UTC +04:00)
Yaxın iki gün ərzində Azərbaycanda nisbətən mülayim hava şəraiti gözlənilir.
Yağmurdan sonra mülayim hava

Azərbaycan, Bakı, 31 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın iki gün ərzində Azərbaycanda nisbətən mülayim hava şəraiti gözlənilir. Sabah gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, aprelin 1-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman çiskin, şimal və şərq rayonlarında isə havanın yağıntılı olacağı mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti