...

BDU-da soyqırım qurbanları anılıb (FOTO)

Cəmiyyət Materials 31 Mart 2015 16:00 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.
BDU-da soyqırım qurbanları anılıb (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Rektorun sözlərinə görə, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq.

Daha sonra tarix elmləri doktoru, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildirib.

Tədbirdə, həmçinin tələbələrin çıxışları dinlənilib.

Qeyd edək ki, bu gün, eyni zamanda, BDU-nun Jurnalistika fakültəsinin bir qrup tələbə və müəllimi "Dəvəli" ASC-nin təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti