...

Azərbaycanda turizm şirkətlərinin sayı 300-ə yaxınlaşır

Cəmiyyət Materials 31 Mart 2015 16:48 (UTC +04:00)
Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb.
Azərbaycanda turizm şirkətlərinin sayı 300-ə yaxınlaşır

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il mart ayı ərzində 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bunlar "Greenvvich Travel Club", "RSP", "Bakıtrans" və "Eden travel" Məhdud Məsuliyyətli cəmiyyətləridir.

Bununla yanaşı, mart ayında Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verilib. "Sheraton Baku Airport" mehmanxanasına 5 ulduz, "Teatro Boutique Hotel" mehmanxanasına 4 ulduz, "Lake Palace" mehmanxanasına 4 ulduz, "Atrium" mehmanxanasına 4 ulduz və "Qorqud" mehmanxanasına 4 ulduz verilib.

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti