...

ATMU-da "Tarixin ibrət dərsləri" mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 31 Mart 2015 19:47 (UTC +04:00)
Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Tarixin ibrət dərsləri” mövzusunda tədbir keçirilib.
ATMU-da "Tarixin ibrət dərsləri" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan "Tarixin ibrət dərsləri" mövzusunda tədbir keçirilib.

ATMU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalisinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsini hadisə, faciə deyil, bir millətə qarşı soyqrım olduğunu deyib. Rektor C.Cəfərov daha sonra qeyd edib ki, 1918-ci il martın 31-də baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən mənfurluqun, vandalizmin, faciənin növbəti həlqəsi kimi yaddaşımıza yazılıb. Qırğınların davam etdiyi müddətdə saysız-hesabsız insan, o cümlədən təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb. Mart qırğınları zamanı ermənilər hətta qədim binaları, ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar.

Azərbaycanlılara qarşı soyqırım Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha geniı miqyaslı olub. Belə ki, erməni hərbi birləşmələri tərəfindən Quba qəzasının 122 kəndi yandırılıb. Statistik rəqəmlərə görə, təxminən 700 min insan soyqrıma məruz qalıb.

"Tarixin ibrət dərsləri" mövzusunda keçirilən tədbirin sonunda ATMU - nun rektoru tarix elmləri doktoru, professor C.Cəfərov diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanda bu hadisələrə dəqiq siyasi qiymət verilib. Azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Bu tarixi unutmağa, unutdurmağa mənəvi haqqımız yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti